Video 16:10 18.02.2019

"Traktorsazi" Türk dünyasının tarixinə düşdü (FOTO/VİDEO)

Xəbər verdiyimiz kimi, Təbrizin "Traktorsazi" klubunun son oyununu 110 min azarkeş stadiondan izləyib. Təbrizin "Yadegar-e Emam" stadionunda keçirilən oyunda Cənubi Azərbaycan təmsilçisi Tehran "İstiqlal”ına qalib gəlib.

Qaynarinfo fanat.az-a istinadən xəbər verir ki, "Traktorsazi" bununla Türk dünyasının futbol tarixinə düşüb. Belə ki, bu qarşılaşma Türk dünyasında tribunadan ən çox azarkeşin olduğu oyun olub.