ABŞ prezidenti Donald Tramp Ağ Evdə iftar süfrəsi açacaq.

Oxu.az xəbər verir ki, bununla bağlı ABŞ Prezidentinin Administrasiyası məlumat yayıb.

Tramp islam təşkilatların rəhbərləri üçün müqəddəs Ramazan ayında ənənəvi şam yeməyini bərpa etmək qərarına gəlib. Qonaqların siyahısı məlum deyil.

Xatırladaq ki, ötən il Tramp Ağ Evdə 1999-cu ildən mövcud olan iftar keçirilməsi ənənəsini pozmuşdu. Bunun əvəzinə ABŞ prezidenti həyat yoldaşı ilə şotland aktirsa Luiz Linton və maliyyəçi Stiven Mnuçinanın toy mərasiminə qatılaraq, müsəlman ölkələrinin nümayəndələri tərəfindən tənqid olunmuşdu.