Dünya 12:20 13.12.2019

Tramp Boris Consonu təbrik etdi: “Böyük qələbə...”

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Boris Consonu 12 dekabr parlament seçkisindəki qələbəsi münasibətilə təbrik edib.

Qaynarinfo xəbər verir ki, Amerika lideri öz Tvitter səhifəsində İngiltərədə Parlamnet səsverməsinin nəticələrini Conson üçün böyük qələbə adlandırıb.

Exit polların proqnozlarına görə, seçkidən sonra Mühafizəkarlar Partiyası 2017 seçkisində olduğundan 50 yer çox qazanacaq və 650 yerlik İcmalar Palatasında özünə çoxluq təmin edəcək.

Xatıladaq ki, Consonun əsas kampaniya vədlərindən biri Breksitin 31 yanvar 2020-ci ilə qədər başa çatdırılması olub. Bu mövqe hakimiyyətə gələcəyi təqdirdə AB ilə yeni bir razılaşmanı əlaqələndirmək və Krallığın Avropa Birliyinə üzvlüyü məsələsində yeni bir referendum keçirmək niyyətində olan İşçi Partiyasının strategiyasından köklü şəkildə fərqlənir.

Oktyabrın 28-də AB-nin 27 ölkəsi Breksitin üç ay təxirə salınmasına razılıq verib. Beləliklə, İngiltərənin AB-dən çıxma tarixi 2020-ci ilin yanvar ayının sonuna təxirə salınıb və bu müddət ərzində tərəflər gələcək əməkdaşlığın bütün detallarını razılaşdırmalı, eyni zamanda yeni bir ticarət sazişi bağlamalıdırlar.