Dünya 09:52 23.03.2018

Tramp milli təhlükəsizlik katibini də işdən azad etdi

ABŞ prezidenti Donald Tramp Ağ Evdə növbəti dəyişiklik barədə qərar qəbul edib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, milli təhlükəsizlik katibi Herbert Makmaster Trampla razılığa gəldiyini və istefa verəcəyini açıqlayıb. O, 9 apreldə vəzifəsini Con Boltona təhvil verəcək. 

Con Bolton ABŞ-ın BMT-dəki daimi təmsilçisi olub. 

Yazılı açıqlama ilə çıxış edən Makmaster ABŞ ordusuna 34 illik xidmətdən sonra bu yay təqaüdə çıxacağını açıqlayıb. Tramp xidmətlərinə görə ona təşəkkür edib. 

Qeyd edək ki, Ağ Ev sözçüsü Sara Sanders Makmasterin istefaya göndərilməsi barədə iddiaları ötən həftə yalanlamışdı. Herbert Makmaster ötən ilin fevralında Maykl Flini əvəzləmişdi.

Gülşən