Dünya 09:23 10.10.2018

Tramp Florida ştatında fövqəladə vəziyyət elan etdi

ABŞ prezidenti Donald Tramp yaxınlaşmaqda Florida ştatında fövqəladə vəziyyət elan edib.

Qaynarinfo xəbər verir ki, buna səbəb "Maykl" qasırğasının yaxınlaşması olub.Fövqəladə vəziyyət rejimi hakimiyyət orqanlarına ştatda təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yardım göstərməyə imkan verir.

Qeyd edək ki, "Maykl" qasırğası artıq Kubaya çatıb və Florida istiqamətində hərəkət edir. Küləyin sürəti saatda 195 kilometrə çatır. Florida sakinlərinə güclü külək, leysan yağışlar və mümkün daşqınlar barədə xəbərdarlıq edilib. Hazırda qasırğa Florida ştatında 435 kilometr aralıdadır və saatda 19 kilometr sürətlə ştata yaxınlaşır. 

Onu da qeyd edək ki, Mərkəzi Amerikada təbii hadisədən azı 13 nəfər ölüb.