Dünya 11:18 15.02.2019

Tramp fövqəladə vəziyyət elan edəcək

ABŞ prezidenti Donald Tramp ölkədə fövqəladə vəziyyət elan edə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Sara Sanders məlumat yayıb. Sanders Trampın dövlət büdcəsini imzalayacağını, həmçinin qanunsuz miqrantların ölkəyə daxil olmasına qarşı nəzərdə tutulan "Meksika Divarı"nın inşası üçün fövqəladə vəziyyət elan edəcəyini açıqlayıb.

Qeyd edək ki, Demokratlar Partiyası "Meksika Divarı"nın tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılmasına razılıq vermir. ABŞ rəhbəri daha əvvəl inşa prosesinin başlaması üçün fövqəladə vəziyyət variantının olduğunu bildirmişdi.

Gülşən