Dünya 13:21 10.12.2017

Tramp gündə neçə saat TV izləyir?

ABŞ prezidenti Donald Trampın gün ərzində 4, bəzi günlərdə hətta 8 saat televizora baxması iddia edilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, saat 5:30-da oyanan Tramp "Fox News " kanalındakı xəbərləri izləyir, "Fox&Friends" adlı proqramı isə xüsusilə sevir. "Fox"dan əlavə CNN və MSNBC kanallarına da baxdığı iddia edilən prezidentin 152 sm ekran televizoru olması və pulta ondan və texniki işçilərdən başqa heç kimin toxuna bilməməsi barədə də məlumat yayılıb. 

"Twitter" sosial şəbəkəsində aktiv olan və CNN telekanalı əleyhinə tez-tez açıqlamalar verən Tramp ötən ay "Fox News" ABŞ-da CNN-dən vacib kanaldır, lakin dünyada CNN International hələ də əhəmiyyətli media qurumudur və yalan məlumatlar yayaraq ölkəni dünyada çox pis təmsil edir" demişdi. 

Qeyd edək ki, ABŞ prezidenti bir müddət əvvəl televizor izləməsi ilə bağlı xəbərlərə münasibət bildirmiş, Ağ Evdə görüləsi işlərinin çoxluğu ilə əlaqədar TV izləməyə vaxtının qalmadığını açıqlamasına əlavə etmişdi.

Gülşən