Dünya 12:26 06.11.2019

Tramp hərbi əməliyyatlara qərar verdi: Bu neft yataqları yenidən ABŞ-ın nəzarətində

ABŞ Prezidenti Donald Tramp Suriyanın şərqindəki neft yataqlarının təhlükəsizliyini təmin etmək üçün genişləndirilmiş hərbi əməliyyat keçirmək planını təsdiqləyib.

Qaynarinfo "Associated Press”ə istinadən xəbər verir ki, Deyr əz-Zordan başlayaraq Əl-Hasakiyə qədər kürdlərin yaşadığı ərazilərinin əhəmiyyətli bir hissəsini yenidən öz nəzarəti altına alıb. 

Agentlik qeyd edir ki, əvvəlcə Amerika liderinin əmri ilə Suriyada yerləşdirilmiş 1,2 mindən çox ABŞ əsgərinin böyük hissəsinin tezliklə Suriyadan evlərinə qayıdacağı gözlənilsə də, sözügedən ərazidə təxminən 800 ABŞ hərbçisi, eləcə də At-Tanf bazasında 200 əsgər qala bilər.

Xatırladaq ki, daha əvvəl Suriyanın Deyr əz-Zor əyalətində, Sur kəndinin yaxınlığında ABŞ-ın inşaat texnikası, ağır silahlar və döyüş sursatları, habelə 250-dən 300-ə qədər əsgəri müşahidə edilib.

Ağ Ev rəhbəri amerikalıların Suriyada yalnız neft yataqlarına görə qaldığını artıq gizlətmir. O açıq şəkildə bildirib ki, ABŞ Suriyanın sərhədlərinə nəzarət etməkdə maraqlı deyil.