Dünya 10:58 16.01.2020

Tramp inauqurasiyasından əvvəl Putinlə görüşmək istəyibmiş - “Vaşinqton Post”

ABŞ Prezidenti Donald Tramp 2017-ci ilin yanvarında Ağ Evin rəhbəri vəzifəsinə gəlməzdən əvvəl seçkidə qalib gəldikdən sonra Rusiya lideri Vladimir Putin ilə görüşmək istəyirmiş. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post”un müxbirləri Filip Raker və Kerol Leonniq tərəfindən yazılmış və ABŞ-da yanvarın 21-də satışa çıxarılan bir kitabda deyilir. Kitabdan bəzi çıxarışlar qəzetdə dərc olunub.

Kitab müəllifləri iddia edir ki, Tramp prezident seçkilərində qalib gələrək həqiqətən də Putinlə görüşmək istəyib. Jurnalistlərin dediyinə görə, keçid dövründə o, Putinlə nə vaxt görüşə biləcəyini və andiçmə mərasimindən əvvəl bunu edib-edə bilməyəcəyini soruşmaq üçün dövlət katibi postuna namizədlərindən biri ilə söhbətini yarımçıq kəsib. 

Qeyd edildiyi kimi, kitab "Çox sabit dahi" adlanır. Bu ifadəni Tramp 2018-ci ilin yanvarında Demokrat Partiyasının əleyhdarlarının tənqidlərinə cavab verərkən özü haqqında işlədib.

Alpər