Dünya 16:30 07.08.2018

Tramp: "İranla əlaqəsi olan şirkətlər ABŞ-la əməkdaşlıq edə bilməzlər"

Xəbər verdiyimiz kimi ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar bu gündən etibarən rəsmən qüvvəyə minib.

Qaynarinfo xəbər verir ki, ABŞ prezidenti Donald Tramp şəxsi "Twitter" hesabında İranla əməkdaşlıq edən şirkətlərin ABŞ-la əməkdaşlıq edə bilməyəcəklərini yazıb.

"İrana qarşı tətbiq edilən sanksiyalar rəsmən qüvvəyə mindi. Bunlar indiyə qədər tətbiq edilmiş ən ağır sansiyalardır və noyabr ayından sonra daha da gücləndiriləcək. İranla əlaqəli şəkildə çalışan şirkətlər ABŞ-la əməkdaşlıq edə bilməz. Bütün dünyada sülh tələb edirəm, az deyil!", - deyə Tramp yazıb.

Qeyd edək ki, daha öncə Avropa diplomatiyasının rəhbəri Federika Maqerini Avropa Birliyini "Nüvə Sazişi"ni qorumaq üçün İranla əməkdaşlığı davam etdirməyə çağırmışdı.