ABŞ mediası prezidenti Donald Trampın seçkilərdən əvvəl porno aktrisa Stormi Danielsə susması üçün 130 min dollar ödədiyini iddia edib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, iddiada Trampın vəkili Mişel Kohenin Stormi Danielsin vəkili ilə bir araya gələrək 130 min dollar ödəniş barədə razılaşdıqları bildirilir. Məbləğin porno aktrisaya verilmə səbəbi onun prezidentlə əlaqədar mesaj və görüşlər barədə "Slate" jurnalına məlumat verməyə hazırlaşması olub. 

Əsl adı Stefani Klifford olan Stormi Daniels 2006-cı ildə "Lake Tahoe"də keçirilən qolf yarışında prezidentlə bir araya gəlib. 

Mişel Kohen yayılan xəbərləri təkzib edib. 

Qeyd edək ki, daha əvvəl digər porno ulduz Cessika Dreyk Trampın onu icazəsiz öpdüyünü iddia etmişdi.

Gülşən