Video 22:10 30.11.2018

Tramp Putinlə salamlaşmadı (VİDEO)

Rusiya və ABŞ prezidentləri Buenos-Ayresdə G-20 sammiti zamanı xatirə şəkili çəkdirilərkən bir-birinə salam verməyiblər.

Qaynarinfo xəbər verir ki, Putin podiuma Trampdan tez qalxsa da, sonuncu öz yerini tutarkən Rusiya liderinə önəm verməyib. 

Bundan sonra dövlət başçıları ilk plenar iclasının keçirildiyi salona yollanıblar. 

Jurnalistlərin verdiyi məlumata görə, Putin Trampdan qabaq gedirdi və onlar qarşılaşmayıb.

Bildirilir ki, Ağ ev sahibi iclasa gecikib. (oxu.az )
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!