Dünya 10:35 10.10.2018

Tramp qızını yüksək vəzifəyə təyin etmək istəyir?

ABŞ prezidenti Donald Tramp BMT daimi nümayəndəsi Nikki Heylinin istefasından sonra "Ağ ev"də jurnalistlərin suallarını cavablayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, o, bu vəzifənin öhdəsindən qızı İvanka Trampın da gələ biləcəyini söyləyib.

"İvanka da ola bilər, amma "qızına güzəştə gedir" deyərlər", - deyə o, bildirib.

Qızını vəzifəyə gətirəcəyi ilə bağlı iddiaları yalanlayan Tramp xüsusilə ABŞ mətbuatının da güclü namizəd kimi irəli sürdüyü Dina Habib Poveli bu vəzifə üçün dəyərləndirəcəyini dilə gətirib.

Qeyd eək ki, o, Trampın hakimiyyətə başladığı ilk günlərdə Ağ evin milli təhlükəsizlik üzrə müşavirinin köməkçisi vəzifəsində çalışmış, daha sonra isə istefa verərək Goldman Sachs Group şirkətinə keçmişdi.