Foto 12:11 10.05.2018

Tramp Şimali Koreyanın azad etdiyi 3 amerikalını qarşılayıb (FOTOLAR)

ABŞ prezidenti Donald Tramp və "first lady" Melaniya Tramp Şimali Koreyanın azad etdiyi 3 amerikalını qarşılayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qarşılama mərasimi "Andrews" hərbi bazasında reallaşıb. 

Qeyd edək ki, ötən gün ABŞ dövlət katibi Mayk Pompeo həbsdə saxlanılan şəxslərin azad edilməsi üçün Şimali Koreyaya səfər edərək bu ölkənin lideri Kim Çen Inla görüşmüşdü. Kimlə Trampın görüşü isə iyun ayının ortalarında planlaşdırılır.  

Gülşən