Dünya 18:57 14.12.2018

Tramp soyadını dəyişmək istəyir

ABŞ prezidenti Donald Trampla eyni soyada sahib 11 yaşlı Coşua Tramp soyadını dəyişmək istəyir.

Qaynarinfo xəbər verir ki, Meqan Tramp BertoBobby Berto cütlüyünün oğulları soyadına görə məktəbdə zorakılığa məruz qalır. Bütün məktəbin lağ hədəfinə çevrilən azyaşlı "Tramp" soyadını daşıdığına görə təhqir edilir və ona "axmaq" deyirlər. Ailəsinin sözlərinə görə, uşaqların bu münasibəti Coşua Trampın özünü pis hiss etməsinə, soyadından nifrət etməsinə səbəb olur. Coşuanın anası Meqan Tramp Berto problemin həlli üçün oğlunun soyadını ögey atasının soyadı ilə əvəzlədiklərini deyib. Məktəb rəhbərliyi isə məsələ ilə bağlı uşaqlara və ailələrə xəbərdarlıq ediləcəyini açıqlayıb.

Gülşən