Dünya 17:07 13.03.2018

Donald Tramp Tillersonu qovdu

ABŞ dövlət katibi Reks Tillerson vəzifəsindən azad edilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bu barədə prezident Donald Tramp qərar qəbul edib.
 
Onun yerinə Mərkəzi Kəşfiyyat Agentliyinin sədri Mayk Pompeo gətiriləcək. Pompeonu isə onun köməkçisi vəzifəsini icra edən Cina Haspel əvəzləyəcək.

Dəyişikliyi Donald Tramp "Twitter" hesabından təsdiqləyib. Prezident Tillersona təşəkkür edib və yeni dövlət katibi Pompeonun bu vəzifədə uğurlu olacağına əminliyini qeyd edib.

Gülşən