Dünya 12:43 15.06.2018

Tramp və ailəsi barədə cinayət işi açıldı

Nyu-York baş prokurorluğunda ABŞ preidenti Donald Tramp, ailəsi və Tramp Xeyriyyə Cəmiyyəti barədə cinayət işi açılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Vəqfi 2016-cı ildə keçirilən prezident seçkiləri zamanı qanunları pozmaqda ittiham edilir.

Nyu-York baş prokuroru Barbara Andervud verdiyi açıqlamada Trampın vəqfin adından istifadə edərən yardım üçün toplanan vəsaiti özünün seçki kampaniyasını dəstəkləmək üçün istifadə etdiyini iddia edib.

Tramp barəsində irəli sürülən iddiaya özünün şəxsi Twitter hesabında münasibət bildirib. O, özünə, ailəsinə və vəqfə qarşı iddia qaldıranları əxlaqsız adlandırıb:

"Əxlaqsız Nyu-York demokratları və gözdən düşmüş Erik Şneyderman vəqflə bağlı mənə qarşı dava açmaq üçün əllərindən gələni edirlər".

Tramp vəqfə 18 milyon 800 min dollar yardım bağışlanıldığını, lakin vəqfin toplanılan vəsaitdən daha çox, 19 milyon 200 min dollar yardım etdiyini vurğulayaraq, sona qədər mübarizə aparacağını bildirib.
 
Çingiz Səfərli