Dünya 15:43 15.11.2018

Tramp və Kim bu tarixdə görüşəcək

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In növbəti dəfə görüşəcək.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 2019-cu ilin əvvəllərində üz-üzə gələcək. Bu barədə ABŞ-ın vitse prezidenti Mayk Pens məlumat verib. 

Qeyd edək ki, Tramp və Kim bu ilin 12 iyununda Sinqapurda görüşüblər.

Gülşən