Dünya 12:31 29.11.2018

Tramp və Putin bu tarixdə görüşəcək

ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin görüşü gözlənilir.

Qaynarinfo xəbər verir ki, 30 noyabr-1 dekabr tarixlərində Argentinada Böyük 20-lik ölkələrinin zirvə görüşü keçiriləcək. Putin və Trampın 1 dekabrda Argentinanın paytaxtı Buenos Ayresdə görüşü planlaşdırılır. 

Ötən gün Donald Tramp görüşün baş tutmama ehtimalından danışmışdı. Kremlin sözçüsü Dimitri Peskov isə belə bir dəyişiklik barədə Ağ Evdən məlumat verilmədiyini bildirmişdi.

Gülşən
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!