ABŞ prezidenti Donald Tramp Suriyada müharibəyə başlamaq barədə danışıb.

Qaynarinfo xəbər verir ki, "Twitter" hesabında yazan Tramp "Suriyaya hücum barədə tarix verməmişəm. Qısa müddətdə baş verə də bilər, bilməyə də. Mənim rəhbərliyim altında İŞİD terror təşkilatını regiondan silməkdə böyük işə imza atmışıq. Bizim "Təşəkkürlər Amerika"mız haradadır?!" fikirlərini yazıb.

Qeyd edək ki, ABŞ prezidenti dünən "Hazır ol, Rusiya, raketlərimiz gəlir" açıqlamasını vermişdi.

ABŞ bir neçə gün əvvəl Suriyanın Şərqi Quta ərazisinə təşkil edilən kimyəvi silah hücumunda Rusiya və Bəşər Əsəd hökümətini ittiham edir.

Gülşən