Dünya 17:25 15.04.2018

Trampdan növbəti Suriya çıxışı

ABŞ prezidenti Donald Tramp Suriyaya edilən hücum barədə danışıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, "Twitter" hesabında yazan Tramp ABŞ mediasını tənqid edib:
"Suriya hücumu möhtəşəm şəkildə və incəliklə həyata keçirildi. "Saxta Xəbər Mediası"nın əməliyyatı kiçiltməsinin səbəbi mənim istifadə etdiyim "Missiya tamamlandı" ifadəsi oldu. Bu sözə ilişəcəklərini bilirdim, amma gözəl hərbi ifadə olduğu üçün yenidən istifadə etmək istədim. Tez-tez istifadə edin!".

Qeyd edək ki, Suriya və Rusiyanı Duma şəhərində kimyəvi silah istifadəsində ittiham edən ABŞ, İngiltərə və Fransa Suriyanın silah anbarı və hərbi zavodlarına hava zərbələri endirib.

Gülşən