Dünya 13:41 12.08.2017

Trampdan Şimali Koreyaya növbəti xəbərdarlıq

ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya növbəti dəfə xəbərdarlıq edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Nyu Cersidə təşkil edilən mətbuat konfransında çıxış edən Donald Tramp "Əgər Şimali Koreya lideri Kim Çen İn növbəti dəfə hədə yağdırsa, Quam adası və ya ABŞ-ın müttəfiqlərinin torpaqlarında hər hansı bir yerə hücum təşkil etsə, qısa müddətdə bundan peşman olacaq" açıqlamasını verib.

ABŞ prezidenti həmçinin "Etdikləri onlara baha başa gələcək, ümid edirəm ki, dediklərimin ciddiliyini tamamilə başa düşəcəklər" fikirlərini səsləndirib.

Qeyd edək ki, son günlərdə iki ölkə arasında gərginlik pik həddə çatıb. Tramp Şimali Koreyanı nüvə silahı, Şimali Koreya isə ABŞ-ı Quam adasında yerləşən ABŞ hərbi bazasına raket hücumu edəcəyi ilə hədələyir.

Gülşən

Qaynarinfo.Az