ABŞ prezidenti Donald Tramp ticarət müharibəsinə başladığı Çini yenidən hədəfə alıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı "Twitter" hesabından açıqlama verərək "Apple"ın qiymətləri artıra bilər:

"Çinə tətbiq edə biləcəyimiz böyük gömrük vergiləri səbəbindən "Apple" qiymətləri artıra bilər. Amma 0 vergi və əslində vergi təşviqinin yolunu aça biləcək asan bir həll yolu var. Məhsullarınızı Çin əvəzinə ABŞ-da istehsal edin. Yeni fabriklər açmağa başlayın".