Dünya 12:27 18.01.2020

Trampı impiçment məsələsində elə şəxslər müdafiə edəcək ki... - Şok adlar

ABŞ Prezidenti Donald Trampı araşdırmalarıyla 1998-ci ildə 42-ci Amerika prezidenti Bill Klintonun impiçmentinə səbəb olan vəkil Kennet Starr və keçmiş Harvard Universitetinin professoru Alan Derşovitz müdafiə edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə yanvarın 17-də "Politico” məlumat yayıb.

"Müdafiəçilərin siyahısında Bill Klintonun ittihamçıları Kennet Starr və Robert Rey, habelə Harvardın keçmiş konstitusiya hüququ professoru Alan Derşovitz kimi ağırçəkili hüquqçşünaslar var. Hər biri qarşıdakı məhkəmə prosesində öz rolunu oynayacaq”, - qəzet qeyd edib.

Qeyd olunur ki, Amerika liderinin əsas müdafiəçiləri Ağ Evin hüquq məsləhətçisi Pat Çipollone, onun şəxsi vəkili Cey Sekulou və Trampı Rusiyanın ABŞ seçkisinə müdaxiləsi ilə əlaqədar xüsusi prokuror Robert Müllerin araşdırması zamanı müdafiə edən Ceyn Seren Raskin olacaq.

Alpər