Dünya 10:30 08.02.2018

Trampın "Ağ ev"dəki sözçüsü istefa verdi

ABŞ prezidenti Donald Trampın "Ağ ev"dəki sözçülərində biri olan Rob Porter istefa verib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, prezident sözçüsü istefası ilə bağlı yazılı açıqlama verib.

O, 2 keçmiş həyat yoldaşının onu ailədaxili şiddətdə ittiham etdiyi üçün bu qərarı qəbul etdiyini bildirib.

"İctimaiyyət qarşısında bu məsələləri müzakirə etməmək və çalışdığım qurumun nüfuzuna xələl gətirməmək üçün bu addımı atdım. Trampla çalışmaq mənim üçün şərəf idi", - deyə o, açıqlamasında qeyd edib.

Ağ ev sözçünün istefa verdiyini təsdiqləyib. Hələlik onun yerinə kimin təyin olunacağı ilə bağlı məlumat verilməyib.