Dünya 14:41 14.02.2018

Trampın gəlinindən sonra Obama hədəf oldu

ABŞ-ın sabiq prezidenti Barak Obamaya şübhəli ağ toz göndərilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Obamanın Vaşinqtonda yerləşən ofisinə göndərilən toz aşkarlanandan sonra ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Zərfin içində uşaq pudrasının olduğu təxmin edilir. 

Yanğınsöndürmə və Təcili Xidmətlər şöbəsinin sədri Edvard Smiz məktubun Hon Konqdan göndərildiyini və maddənin uşaq pudrası ola biləcəyini deyib və bildirib ki, kağızda "Sən dəhşətli birisən və layiq olduğunu al" ifadələri yazılıb.

Qeyd edək ki, ötən gün prezident Donald Trampın oğlu kiçik Donald Trampın həyat yoldaşı Vanessaya oxşar məktub göndərilmiş və o, dərhal xəstəxanaya aparılmışdı.

Gülşən