ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.

Qaynarinfo Independent-ə istinadən xəbər verir ki, bu təşəbbüslə Norveç Tərəqqi Partiyasının 2 üzvü çıxış edib. Təklifin səbəbi Trampın Şimali Koreya lideri Kim Çen Inla görüşü və Koreya yarımadasında nüvə silahlarından imtina barədə əldə edilmiş qərardır. 

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Barak Obama prezident seçiləndən 9 ay sonra bu mükafata layiq görülmüşdü.

Gülşən