Dünya 16:58 14.07.2017

Trampın oğlu rus agentlə də görüşüb

ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Trampın rusiyalı vəkildən başqa keçmiş Sovet agenti ilə görüşdüyü də məlum olub.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, vəkil Nataliya Veselnitskaya ilə görüşdüyünü etiraf edən və bu barədə emailləri ictimaiyyətə təqdim edən prezident oğlu ətrafında gedən müzakirələr səngimək bilmir. Kiçik Donald Trampın keçmiş Sovet agenti ilə görüşdüyü məlum olandan sonra agent bu barədə informasiya verərək hazırda Rusiya ilə əlaqəsinin olmadığını deyib. 

Qeyd edək ki, kiçik Donald Tramp atasının bu görüşdən xəbəri olmadığını demişdi. Lakin bu hadisədən sonra Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi iddiası daha da güclənib.

Gülşən

Qaynarinfo.Az