Dünya 10:19 13.12.2018

Trampın vəkilinə 3 il həbs cəzası verildi

ABŞ prezidenti Donald Trampın sabiq vəkili Maykl Kohenə 3 il həbs cəzası verilib.

Qaynarinfo xəbər verir ki, Kohenə prezident seçkilərinə təsir göstərməyə çalışmaq və digər federal cinayət ittihamları irəli sürülmüşdü. Vəkilin həbs müddəti 6 mart 2019-cu ildə start götürəcək. 

Qeyd edək ki, Maykl Kohenə 51-63 ay həbs tələb edilirdi.

Gülşən