Dünya 09:52 16.06.2018

Trampın yaxın adamı həbs edildi

ABŞ prezidenti Donald Trampın seçkiqabağı qərargah rəhbəri Paul Manafort həbs edilib.

Qaynarinfo xəbər verir ki, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsini araşdıran qrup Manafortu şahidlərə təzyiqdə ittiham edib və onun barəsində həbs qərarı verilib.

Seçki məsələsi ilə bağlı məhkəmə prosesi bu ilin sentyabrında keçiriləcək.

Gülşən