Dünya 10:22 24.02.2018

Trampın yaxın adamı Rusiya barədə ittihamları qəbul etdi

ABŞ prezidenti Donald Trampın seçki dövründəki kampaniya məsləhətçisi Riçard Qeyts Rusiya ilə əlaqədar aparılan istintaq prosesində irəli sürülən ittihamları qəbul edib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Trampın seçki meneceri Robert Manafortun köməkçisi vəzifəsində çalışan Qeyts "ABŞ hökümətinə oyun oynamaq" və "Federal Tədqiqatlar Bürosuna yalan danışmaq" ittihamlarını qəbul edib. Riçard Qeyts bundan sonra istintaq prosesinə rəhbərlik edən Robert Müllerlə birgə çalışacaq.

Daha əvvəl Trampın Milli Təhlükəsizlik Katibi Maykl Flinn və seçki dövründəki siyasi məsləhətçilərindən olan Corc Papadopoulos ittihamları qəbul etmişdi. 

Qeyd edək ki, istintaq prosesi Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsini araşdırır və bu şəxslər seçki kampaniyasında Rusiya ilə birlikdə proseslərə müdaxilədə ittiham edilirlər.

Gülşən