Foto 23:40 13.11.2019

Trampla Ərdoğan arasında görüş başa çatdı (FOTO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə baş tutan görüş artıq başa çatıb. 

APA-nın Türkiyə bürosunun verdiyi xəbərə görə, tərəflər arasında keçirilən ikitərəfli görüş 1 saat 15 dəqiqə davam edib.
 
Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanı Ağ Evdə Donald Tramp və xanımı Melania Tramp qarşılayıb.

Qeyd edək ki, görüşdən əvvəl ABŞ prezidenti bildirib ki, Türkiyə prezidenti ilə şəxsi dostluq münasibətləri var və onu Ağ Evdə xanımı Əminə Ərdoğanla qarşılamaqdan şərəf duyur. 

Rəcəb Tayyib Ərdoğan isə qeyd etmişdi ki, Ağ Evdə ikitərəfli və heyətlərarası görüşdə öz fikirlərini bildirəcək. 

Donald Tarmp Suriya ərazisindən ABŞ qoşunlarının geri çəkilməsində haqlı olduğunu bildirib. Görüşdə 100 milyard dollarlıq ticarət həcmindən, F-35 və S-400 mövzularında müzakirələrin olunacağını bildirib. Həmçinin o, Türkiyə ilə birgə İŞİD üzvlərilə mübarizədə uğurlu nəticələr əldə edildiyini deyib.