Dünya 14:49 20.10.2019

Tufanın vurduğu ziyan açıqlandı - 52 milyon dollar

"Hagibis” tufanı Yaponiyanın kənd, meşə və balıqçılıq təsərrüfatlarına ümumilikdə 520 milyon dollar zərər vurub.

Qayanrinfo xəbər verir ki, bu barədə ölkənin Kənd, Meşə və Balıqçılıq Təsərrüfatları Nazirliyi məlumat yayıb.

Həmin rəqəm şənbə günü günortayadək 35 prefekturaya dəyən zərəri özündə əks etdirir.

Bildirilir ki, anbarlar və drenaj kanalları daxil olmaqla kənd təsərrüfatı obyektlərinə dəyən zərər təqribən 224 milyon dollar təşkil edib. Düyü zəmilərinə, alma bağlarına və digər kənd təsərrüfatı məhsullarına dəyən ziyan isə təqribən 57 milyon dollara bərabərdir.

Meşə yollarını dağıdan torpaq sürüşmələrinə görə zərərin isə 95 milyon dollara bərabər olduğu bildirilir.

Bununla yanaşı, tufanın daşqınlara səbəb olduğu bir sıra prefekturalara dəyən zərərin məbləği hələlik dəqiqləşdirilməyib.

Tufan nəticəsində ölkəyə dəymiş zərərin ümumi məbləğinin artacağının gözlənildiyi də qeyd edilir.