İdman 12:51 12.10.2019

“Turan Tovuz”da baş məşqçi istefası - “Qəbələ”yə getdi

"Turan Tovuz”un baş məşqçisi Azər Bağırov komandadan ayrılıb.

Qaynarinfo sportinfo-ya istinadla xəbər verir ki, o, bundan sonra yüksək liqa klubunda çalışacaq. 

Mütəxəssis komandanı əbəs yerə tərk etməyib. Belə ki, Bağırova "Qəbələ”dən təklif gəlib. Məhz buna görə o, "Turan Tovuz”un baş məşqçi postundan istefa verərək, "Qəbələ” ilə anlaşıb. Bağırov bölgə klubunda köməkçi məşqçi vəzifəsində çalışacaq.