Ekonomiks 12:52 27.02.2018

Turistlərə ictimai nəqliyyatı pulsuz edən kartlar neçəyə olacaq? (AÇIQLAMA)

Bakıda turistlər üçün pulsuz ictimai nəqliyyatdan, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə etmək imkanı verən kartlar hazırlanıb.
 
Bu barədə Milli Turizm Təbliğat Bürosu mətbuat katibi Kənan Quluzadə Qaynarinfo-ya açıqlama verib. O, bildirib ki, turistlər həmin kartları pulla alacaqlar və göstərilən xidmətdən asılı olaraq da qiymət dəyişəcək:
 
"BakıKart" pullu xidmətidir. Turistlər də həmin kartları pulla əldə edəcəklər. Bu kartları əldə etdikdən sonra ictimai nəqliyyat, muzeylər, teatrlar və s. onlar üçün endirimli və ya tamamilə pulsuz olacaq. Müddəti 3 günlük, 1 həftəlik, 1 aylıq və s. olacaq və təklif olunan xidmət paketindən asılı olaraq da qiymətləri dəyişəcək".
 
Çingiz Səfərli