Video 23:17 22.12.2017

Turizm şirkətləri, hotellər və bəzi müştərilərin "qara siyahı"sı hazırlandı (VİDEO)

Turizm şirkətləri, otellər və bəzi müştərilərin "qara siyahı"sı hazırlanıb. Siyahı, Azərbaycan Turizm Assosiasiyası tərəfindən tərtib olunub. Qara siyahı dedikdə nə nəzərdə tutulur? Adı bura düşən hüquqi və fiziki şəxsləri nə gözləyir?

Azərbaycanda turizm sənayesi iştirakçılarının ilkin "qara siyahı"sı hazırlanıb. Siyahıya artıq 10 fiziki və hüquqi şəxs daxil edilib.

Siyahıya otellər də daxil edilib. Aparılan araşdırma, dələduzluq hallarının otellərdən də qaynaqlandığını ortaya çıxarıb.

Sistemə həmdə şirkətləri, hotelləri aldadan müştərilər daxil edilib. Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə elə turistlər var ki, hansısa xidmətdən istifadə edir, amma pulunu vermirlər.

"Qara siyahı"ya daxil olan şəxslər heç bir inzibati məsuliyyət daşımayacaqlar. İctimaiyyət üçün açıq olmayan siyahını yalnız assosiasiyanın üzvləri görəcək. Siyahının hazırlanmasında əsas məqsəd dələduzluqla məşğul olan, xoşagəlməz hallara yol verən turizm sənayesi üzvləri barədə məlumatların toplanmasıdır.