Foto 18:56 01.12.2017

Türk aktyor: "Ola bilsin ki, azərbaycanlı qızla evləndim" (FOTO/VİDEO)

Türkiyənin məşhur aktyoru, əslən azərbaycanlı olan Tamer Karadağlı Bakıdadır.

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, ATV-də yayımlanan "Məlahətli söhbətlər" verilişi üçün paytaxta gələn aktyor jurnalistlərlə mətbuat konfransında görüşüb.

Media nümayəndələrinin "ikinci dəfə ailə həyatı qurmaq istərdinizmi” sualını cavablandıran Tamer Karadağlı evlənəcəyi xanımın azərbaycanlı ola biləcəyi ehtimalından da danışıb.

"Çocuklar Duymasın”ın Haluku mətbuat konfransında iştirak edən əməkdaşımızın suallarını da cavablandırıb.

Qeyd edək ki, Tamer Karadağlı əslən Gəncəlidir.