Dünya 16:22 19.11.2019

Türk Birliyi liderlərindən birinin qızının Sərkisyan sevgisi... (ŞƏRH)

"Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Azərbaycanla əlaqələrin inkişaf etdirməsinə və türk dünyasının liderlərindən biri olmasına baxmayaraq, qızı Dariqa Nazarbayevanın İrəvana səfər etməsi bir çox suallar yaradır". 

Bu sözləri Qaynarinfo-ya politoloq Elxan Şahinoğlu Qazaxıstan Senatının sədri Dariqa Nazarbayevanın noyabrın 16-da İrəvanda Ermənistan pezidenti Armen Sərkisyan ilə görüşünə münasibətində bildirib. 
 


Siyasi ekspert Dariqa Nazarbayevanın atası Nursultan Nazarbayev kimi türk dünyası ideallarını ön plana çəkməməsini və bu addımı belə şərh edib:

"Nəzərə almaq lazımdır ki, Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və orada Ermənistan da var. Bu iki ölkə faktiki olaraq həmin blokda strateji tərəfdaş sayılırlar. Dariqa Nazarbayeva da Senatın sədridir və Senat rəhbəri olaraq İrəvana səfər edib. Biz "Niyə səfər etmisən?" deyə tələb edə bilmərik axı. Ancaq əgər türk birliyinin inkişafı və Azərbaycanın ərazi bütövlüyü ön plandadırsa, bu səfər edilməməlidi idi və yaxud da o, əvvəlcə Bakıya gəlməliydi. Bu məqamlar bizdə suallar yaradır. Ancaq bütün hallarda qardaş dövlətin daxili işlərinə qarışa bilmərik, o, onların biləcəyi siyasətdir. Sadəcə onu da anlamalıyıq ki, əslində türk birliyi və türkdilli dövlətlərin hamısı bir-biriylə yaxın olmalıykən, təəssüf ki, reallıq fərqlidir". 

Qeyd edək ki, Qazaxıstan Senatının sədri Dariqa Nazarbayeva ilə Ermənistan pezidenti Armen Sərkisyan arasında dostluq əlaqələrinin olduğu, Sərkisyanın Dariqanın fəaliyyətində böyük rolu olduğu haqda məlumatlar xarici mətbuatda tez-tez yer alır. 

Röya Kərimli
Qaynarinfo