Maqazin 20:09 16.05.2015

Türk iş adamı Günaya qızıl hədiyyə etdi - FOTO/VİDEO

Müğənni Günay İbrahimli "Sənə bağlanıram" adlı albomuna və "Hüzur" klipinə təqdimat keçirib. Axşam.az-ın məlumatına görə, mərasimdə diskin hazırlandığı, Türkiyədə fəaliyyət göstərən "Kopuz production"ın rəhbəri Uğur Kopuz da iştirak edib.

Mərasimi giriş sözü ilə ifaçının prodüseri Toma Hüseynəliyeva açaraq, yeni işlərindən danışıb: "Uğur bəylə işbirliyi bizə uğur gətirib. Günay bizim ulduzumuzdur. Qismət olarsa onun sənətçi adını, "sənətkar" sözünə çevirəcəyik. Albom Türkiyədə işıq üzü gördüyü üçün bir az "ə, ı" hərflərində problem yaşamışdıq. Çətinliklə olsa da, disk ərzəyə gəldi. Günay işinin peşəkarıdır. Mahnılarını sevənlərinə ən gözəl formada çatdırmağı bacardı".

G.İbrahimli heç vaxt Türkiyə şou-biznesinə qatılmayacağını vurğulayıb: "Çox gözəl komandam var. İstərdim ki, bunlar uzunmüddətli olsun. Düzdür, müğənni ilə işçiləri arasında hərdən qalmaqallar olur. Mən bunları yaşamaq istəmirəm. Albomum Türkiyədə işıq üzü görə bilər. Amma heç vaxt orada şou-biznesə qatılmayacam".

U.Kopuz isə G.İbrahimli ilə işbirliklərindən məmnunluq duyduğunu bildirib: "Bir ay Günayın mahnılarına qulaq asdım. Səsi çox gözəldir. Şirkətimdə 25 insan işləyir. Hər gün onun mahnılarını dinləyib, zövq alır".

U.Kopuz T.Hüseynəliyevaya və G.İbrahimliyə qızıl boyunbağı hədiyyə edib.

Qeyd edək ki, G.İbrahimlinin "Hüzur" klipinin rejissoru Aqil M.Quliyevdir. Sənətçinin stili üzərində Elnur Həsənov çalışıb.


 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qaynar.info