Maqazin 19:05 20.05.2015

Türk müğənni Bakı konsertini təxirə saldı - yanğına görə

Türkiyənin məşhur opera ifaçısı Oya Ergün mayda verəcəyi konsertini dünən Bakının Binəqədi rayonunda baş vermiş faciə ilə əlaqədar olaraq təxirə salıb.
 
Bu barədə publika.az-a sənətçi özü məlumat verib: “Mən bu  faciə ilə əlaqədar konsertimi təxirə saldım. Çox ağır bir itkdir. Sözlərlə ifadə edilməz bir acıdır. Əziz Azərbaycan xalqı, Bakıda baş verən yanğın hadisəsi ilə bağlı öz dərin kədərimi bildirir, hadisə nəticəsində həyatını itirən qardaş və bacılarımıza Allahdan rəhmət, yaxınlarına səbir, yaralılara isə şəfa diləyirəm”.
 
Qeyd edək ki, Oya Ergünün konsertinin mayın 22-də Bakı Alman Mədəniyyət Evində keçirilməsi palanlaşdırılırdı.

Qaynar.info