Foto 11:41 18.03.2018

Türk ordusu Afrinə girdi (FOTOLAR)

Türk Silahlı Qüvvələrinin həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində TSK və Azad Suriya Ordusu Afrin şəhərinə girib.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhər saatlarında ələ keçirilən şəhərdə müxalif Azad Suriya Qüvvələri Afrini PKK-nın Suriya qolu olan PYD/YPG terrorçularından təmizləməyə başlayıb.
 
Hazırda şəhər müttəfiq qüvvələrin nəzarəti altındadır. Qələbəni havaya atəş açaraq qeyd edən Azad Suriya Ordusu şəhər mərkəzindəki Kava heykəlini dağıdıb və heykəlin önündə YPG bayrağı yandırılıb.