Texnologiya 14:05 29.11.2017

Türk proqramçı "Apple"da boşluq tapdı

Boşluqlara və haker hücumlarına qarşı hər zaman təhlükəsizliyi ilə tanınan Apple Mac kompüterlərində ən son tətbiq olunan MacOS High Sierra əməliyyat sistemində boşluq aşkar edilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, boşluğu Türkiyə Usta Proqramçılar Birliyinin qurucusu Lemi Orhan Engin aşkarlayıb. O, Twitter hesabından Apple-la əlaqə yaradaraq təhlükəsizlik sistemində Root hesabının şifrəsində boşluq olduğunu bildirib.

Belə ki, MacOS High Sierra istifadəçiləri şifrələnmiş Mac kompüterlərində sadəcə "root" istifadəçi adını yazaraq, heç bir kod daxil etmədən enter düyməsini basıb təhlükəsizlik sistemini qıra bilərlər.

Apple sözçüsü Türkiyəli proqram mütəxəssisinin bu paylaşımından sonra problemi həll etmək üçün yeni proqram təminatı üzərində çalışdıqlarını və yaxın gələcəkdə onu Apple Mac istifadəçilərinə təqdim edəcəklərini bildirib.