Ekonomiks 10:29 13.09.2017

Türk, rus və ərəb şirkətləri Azərbaycan bazarından çıxdı (YENİLƏNİB)

“Burintek” elm-istehsalat müəssisəsi MMC-nin (Rusiya) Azərbaycandakı ”Burintex Azərbaycan” nümayəndəliyi ləğv olunduğu elan edib.

"Qaynarinfo" "Vergilər" qəzetinə istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 25A ünvanına bildirə bilərlər.

Bundan əlavə, Birləşmiş Ərəb Əmirliyinin hüquqi şəxsi olan “Globalink Logistics Group Ltd.” şirkətinin Azərbaycan nümayəndəliyi də ləğv olunduğu elan edib. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 34 ("AF Mall Business Center") ünvanına bildirməlidir.

Həmçinin Türkiyənin "Colgate-Palmolive Temizlik Ürünleri Sanayi ve Ticaret Anonim” şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edib. Nümayəndəlik cari ilin sentyabr ayının 15-dən ləğv olunacaq. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44 ünvanına bildirə bilərlər.

Qaynarinfo.Az