Video 14:15 26.01.2020

Türkiyə 8 nəfəri xilas edən bu qadından danışır (VİDEO)

Türkiyənin Elazığ şəhərində yanvarın 24-də meydana gələn zəlzələdən sonra başladılan xilasetmə işləri bir çox anlarla yadda qalıb.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, "UMKE” adı verilən könüllülər dəstəsinə qoşulan tibb işçisi Əminə Kuştepe fədakarlığı ilə insanların rəğbətini qazanıb.

Belə ki, dağıntılar altında qalmış Əzizə adlı qadını xilas etmək üçün onunla dialoq aparan Əminə 8 nəfərin həyatını xilas edib. Yaddaşlarda "Əzizə…Əzizə…” çağırışı ilə qalan Əminə Kuştepenin qadınla bu dialoqu hər kəsi göz yaşlarına boğub:

Əzizə…Əzizə…

Bir azdan səni xilas edəcəyik.

Uşaqlarla danış, kimsə yatmamalıdır.

Sən oradakı hər kəsin anasısan. Sən güclü olmalısan.

Əminə Kuştepe kürdcə bilməyən Əzizənin dağıntılar altındakı qonşularıyla da ünsiyyət qurması üçün ona bir neçə söz öyrədir. Beləliklə, Əzizə, həyat yoldaşı, uşaqları daxil olmaqla 8 nəfərin həyatı xilas edilir.