Dünya 10:35 07.12.2017

Türkiyə ABŞ-ın Qüds qərarını tanımadı

Türkiyə ABŞ-ın Qüds şəhəri ilə bağlı qərarını tanımayacaq.

Qaynarinfo-nun verdiyi xəbərə görə, bu sözləri, Türkiyə Baş nazirinin müavini Bekir Bozdağ açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması beynəlxalq hüquqa ziddir.

"ABŞ bu qərarın doğuracağı nəticələrə görə məsuliyyət daşıyır" - deyə o bildirib.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdıqlarını bəyan edib.