Foto 17:35 15.05.2018

Türkiyə Azərbaycandan çoban apardı: 2 min maaş alacaq (FOTOLAR)

Türkiyə Rizə şəhərinin Çamlıhemşin rayonunda 450 xırdabuynuzlu heyvanın saşibi olan fermer aylıq 2 min lirəyə (776 manat) çoban axtarması barədə elan verib. 

Qaynarinfo xəbər verir ki, Türkiyədə axtardığını tapmayan fermer bir tanışının vasitəçiliyi ilə azərbaycanlı Qədir Niftəliyevi işə götürüb. Gün ərzində qoyunları otaran azərbaycanlı çoban bir barakada yaşayır və ayda 2 min lirə maaş alır.

Azərbaycanda da ailəsi ilə birlikdə çobanlıq edən Qədir Niftəliyev bu işi çox sevdiyini bildirib: "Türkiyədə çobanlıq işi olduğunu eşidəndən sonra bura gəldim. Rizənin yaylaqları çox gözəldir. Heyvanları gündüz yaylalarda otarıram, axşam bir yerə toplayıram. Barakada yaşayıram. Gecə hava soyuq olanda ocaq yandırıram".

Aydın