Siyasət 13:53 20.12.2017

Türkiyənin Ermənistan qarşısındakı Qarabağ şərti

"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün məqbul həll yolunu dəstəkləyir".

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirilən Azərbaycan, Türkiyə və İran XİN başçılarının üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

"Ermənistan günahkardır və bunu etiraf etmək istəmir. Ermənistanla əlaqələrimizin bərpa olunması üçün əvvəlcə onlar qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdırlar. Ermənistan qonşu dövlətlərə qarşı münasibətinə yenidən baxmalı, ərazi iddialarından əl çəkməli və Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Ermənistan tələblərimizi yerinə yetirmədiyi müddətdə onlarla nədəsə razılaşmağımız mümkün deyil", - M.Çavuşoğlu bildirib.