İdman 09:13 28.01.2014

Türkiyə futbolunda dopinq şoku


Türkiyə Superliqasında dopinqli futbolçu aşkarlanıb.

Apasport.az saytının yerli KİV-lərə istinadən məlumatına görə, yoxlanışdan keçən 29 yaşlı yarımmüdafiəçi Köksal Yedekin qanında qadağan olunmuş maddə tapılıb.

Bu yoxlanış XVII tur çərçivəsində futbolçunun “Elazığspor” forması ilə “Rizəspor”a qarşı keçirdiyi matçdan sonra olub. Həmin oyuna start heyətdə daxil olan Köksal meydanda 87 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, 2011-ci ildən “Elazığspor”da çıxış edən Yedek qış fasiləsində klubdan göndərilib. Onun göz əməliyyatından sonra qəbul etdiyi dərmanlara görə qanında qadağan olunmuş maddə aşkarlandığı deyilir. Hazırda Türkiyə Futbol Federasiyası Dopinqlə Mübarizə Qurumu bu məsələ ilə bağlı araşdırmalar aparır.

Qaynar.info