Dünya 12:50 11.11.2019

Türkiyə İŞİD terrorçularını öz ölkələrinə göndərməyə başladı

Türkiyə Suriyada ələ keiçirlən İŞİD-çiləri vətəndaşı olduqları ölkələrə göndərməyə başlayıb.

Qaynaroinfo xəbər verir ki, bu haqda türkiyə Daxili İşlər Nazirliyinin sözçüsü İsmail Çataklı məlumat verib.

Onun sözlərinə görə, sənədləri hazırlanmış bir ABŞ vətəndaşı olan terrorçu Türkiyə sərhədlərindən xaric edilib.

"Alman əsilli 7 xarici terrorçu döyüşçününsə 14 noyabrda deportasiya edilməsi planlaşdırılır", - Daxili İşlər Nazirliyinin sözçüsü Cataklı əlavə edib.

Alpər