Dünya 16:02 22.05.2018

Türkiyə İsrailə qarşı sanksiyalara hazırlaşır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfəri zamanı İsrail əleyhinə fikirlərlə yadda qalıb.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Ərdoğan 24 iyunda keçiriləcək prezident seçkilərindən sonra İsrailə qarşı sanksiyalar tətbiq ediləcəyini bildirib. Məsələ İslam Əməkdaşlıq Təşkilatında da müzakirə ediləcək və quruma daxil olan ölkələrdən İsrailə aid məhsullara embarqo tətbiqi istəniləcək. 

Qeyd edək ki, İƏT-in 18 mayda keçirilən iclasında səfirliyini Tel-Əvivdən Qüdsə köçürən ölkələrə qarşı sanksiya barədə qətnamə qəbul edilib. 

Gülşən